35
Belarus hökuməti Finlandiyadakı səfirliyin sentyabrın 1-dən bağlanması barədə qərar qəbul edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə qərarı Belarus Baş naziri Aleksandr Turçin imzalayıb.
Sənəddə 2026-cı il sentyabrın 1-dən Belarusun Finlandiya Respublikasındakı səfirliyinin bağlanması nəzərdə tutulur.
Bununla əlaqədar 2011-ci ildə Belarusun Finlandiyada səfirliyinin açılması barədə qəbul edilmiş qərar da qüvvədən düşmüş hesab ediləcək.
