32
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları bu gün başa çatacaq.
Ucnoqta.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Sabah” da növbəti sınağına çıxacaq. Bakı klubu İsrailin “Hapoel” (Beer-Şeva) komandası ilə qarşılaşacaq. Təhlükəsizlik səbəbindən görüş Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək.
Matç yerli vaxtla saat 23:00-da “Culeşti” stadionunda başlayacaq. Qarşılaşmanın baş hakimi italiyalı Davide Massa olacaq.
Komandalar arasındakı cavab oyunu avqustun 25-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
İki oyunun yekununda üstün olan komanda Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanacaq. Məğlub tərəf isə mübarizəni Avropa Liqasının Liqa mərhələsində davam etdirəcək.
