29
ABŞ Prezidenti Donald Trampın administrasiyası Oman hakimiyyətinin İranla Hörmüz boğazına nəzarət məsələsində aparılan danışıqlarda həddindən artıq güzəştlərə getdiyini düşünür.
Ucnoqta.az xəbər verir ki, bu barədə Associated Press (AP) mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, ABŞ İran və Oman arasında əldə olunan razılaşmaların bəzi müddəaları ilə razı deyil. Vaşinqtonu xüsusilə iki ölkənin Hörmüz boğazına giriş-çıxışa birgə nəzarət etməsi və tranzit üçün gəmi sahiblərindən rüsum alınması barədə razılaşma narahat edir.
Ağ Ev hesab edir ki, Oman İranla danışıqlarda kifayət qədər sərt mövqe nümayiş etdirməyib.
