35
Suriya Kolumbiyanın işğal altındakı Qolan yüksəklikləri üzərində İsrailin suverenliyini tanımasını qətiyyətlə pisləyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
Nazirlik qeyd edib ki, Kolumbiyanın qərarı beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə ziddir. Dəməşq Qolan yüksəkliklərini Suriyanın ayrılmaz ərazisi hesab edir.
Suriya XİN-in fikrincə, Kolumbiyanın mövqeyi BMT Nizamnaməsini, ərazi əldə etmək üçün gücdən istifadənin yolverilməzliyi prinsipini və 1981-ci ildə qəbul edilmiş 497 saylı qətnaməni pozur.
