44
Yəmən sahilləri yaxınlığında, Qırmızı dənizin cənub hissəsində yük gəmisinə hücum edilib. Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatlarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
Məlumata görə, hadisə Yəmənin Moha şəhəri yaxınlığında baş verib. Naməlum mərmi yük gəmisinə dəyib və nəticədə xəsarət alanlar olub.
