27
İranın xarici işlər naziri Abbas Araqçi hazırda Tehranın Vaşinqtonla danışıqlar aparmadığını bildirib.
Ucnoqta.az xəbər verir ki, Araqçinin sözlərini onun Telegram kanalı yayıb.
“Hazırda ABŞ-la danışıqlar aparmırıq. Danışıqların bərpasına zəmin hazırlamaq məqsədilə vasitəçilər vasitəsilə mesaj mübadiləsi davam edir”, – deyə qeyd edib.
İranın xarici işlər naziri həmçinin qeyd edib ki, ABŞ anlaşma memorandumunu pozduğuna görə məsuliyyətini etiraf edib aradan qaldırmayana qədər Vaşinqtonla dialoq imkanları istisna olunur.
