28
Yaponiya hökuməti ölkənin üç qeyri-nüvə prinsipinə – nüvə silahına malik olmamaq, onu istehsal etməmək və ölkə ərazisinə gətirməmək siyasətinə sadiq qalacaq.
Ucnoqta.az xəbər verir ki, bunu Baş nazir Sanae Takaiçi ABŞ-ın Xirosimaya atom bombası atmasının 81-ci ildönümü münasibətilə keçirilən tədbirdə atom bombardmanından sağ çıxanlarla (“hibakuşa”) görüşü zamanı bildirib.
“Biz üç qeyri-nüvə prinsipinə sadiq qalacaq və nüvə silahından azad dünyanın qurulması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”, – deyə baş nazir vurğulayıb.
