Dietoloqlar bildirirlər ki, həm qarpız, həm də çiyələk vitaminlər, antioksidantlar və su ilə zəngindir. Lakin sağlamlığa təsirləri baxımından bu meyvələr arasında müəyyən fərqlər var.
Ucnoqta.az bildirir ki, mütəxəssislərin sözlərinə görə, çiyələk lif və C vitamini baxımından daha zəngindir. Bir porsiya çiyələk gündəlik C vitamini ehtiyacının 100 faizindən çoxunu qarşılayır və bağırsaq sağlamlığını, immun sistemini, həmçinin dəri və oynaqların vəziyyətini dəstəkləyir.
Qarpız isə tərkibinin təxminən 92 faizinin sudan ibarət olması ilə orqanizmin maye balansını qorumağa kömək edir. O, həmçinin ürək sağlamlığını dəstəklədiyi hesab edilən güclü antioksidant likopen ilə zəngindir.
Araşdırmalar göstərir ki, qarpız aşağı kalorili olduğuna görə arıqlamaq istəyənlər üçün şirniyyatlara sağlam alternativ ola bilər.
Mütəxəssislər vurğulayırlar ki, ən düzgün seçim yalnız bir meyvəyə üstünlük vermək deyil, müxtəlif meyvələri rasiona daxil etməkdir. Məqsədiniz lif və C vitamini qəbulunu artırmaqdırsa, çiyələyə, aşağı kalorili və təravətləndirici qəlyanaltı axtarırsınızsa, qarpıza üstünlük verə bilərsiniz.
