30
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ABŞ Prezidenti Donald Trampla telefon danışığında İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpasının qlobal iqtisadiyyat və enerji bazarları üçün ciddi risklər yaradacağını bildirib.
Ucnoqta.az xəbər verir ki, AP-nin məlumatına görə, vəliəhd Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərin mümkün cavab zərbələrinə hazır olduğunu, lakin Küveytin müdafiəsinin zəif qaldığını qeyd edib. Mənbələr söhbətin səmimi və konstruktiv keçdiyini, Trampın İranla atəşkəs danışıqlarını bərpa etmək qərarına da təsir göstərdiyini bildirirlər.
