28
Yaponiyanın Kumamoto prefekturasında baş verən zəlzələ nəticəsində ən azı 4622 evə ziyan dəyib.
Ucnoqta.az bildirir ki, yerli hakimiyyət orqanları bu barədə məlumat verib.
Son məlumatlara görə, təxliyə mərkəzlərində 8000-dən çox insan qalır. Onlar 21 şəhərdə 206 yerdə yerləşdirilib.
Təbii fəlakətlə əlaqəli ola biləcək ölümləri də daxil olmaqla, 38 nəfərin öldüyü təsdiqlənib. On üç nəfər ağır yaralanıb.
