Astrologiyada bəzi bürclərin romantik münasibətlərdə daha emosional və ehtiraslı olduqları qeyd edilir.
Ucnoqta.az xəbər verir ki, mütəxəssislərin fikrincə, bu xüsusiyyəti ilə seçilən üç bürc Qoç, Qız və Əqrəbdir.
Qoç – Enerjili və emosional xarakteri ilə tanınan Qoç bürcü münasibətlərdə hisslərini açıq şəkildə ifadə edir və sevdiyi insana böyük bağlılıq göstərir.
Qız – Qayğıkeş və sadiq olan Qız bürcü tərəfdaşına diqqət göstərməyi və münasibətlərdə qarşılıqlı anlayışı ön planda saxlayır.
Əqrəb – Astrologiyada ən sirli və güclü emosiyalara sahib bürclərdən biri hesab olunan Əqrəb dərin hissləri və münasibətlərə ciddi yanaşması ilə seçilir.
Qeyd edək ki, bürclərlə bağlı bu kimi fikirlər astroloji inanclara əsaslanır və elmi cəhətdən təsdiqlənmiş faktlar hesab olunmur.
