32
Britaniyalı Fələstinpərəst Fələstin Hərəkatının 150-dən çox tərəfdarı Londonda təşkilatın qadağan edilməsinə qarşı keçirilən etiraz aksiyasında saxlanılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Skotland Yardın X-dəki açıqlamasında bildirilib.
Polis əlavə edib ki, dörd nəfər “2007-ci il Ağır Cinayətlər Qanununun 45-ci maddəsinə əsasən cinayət törətməyə təhrik etmək və ya asanlaşdırmaqda şübhəli bilinərək” saxlanılıb.
Qeyd olunub ki, etiraz aksiyası zamanı bir neçə polis əməkdaşına hücum edilib. Təcili yardım xidməti işçilərinə hücum etdiyinə görə daha iki nəfər həbs edilib.
