Astroloqlar 30 iyul bütün bürclər üzrə ulduz falının tərtib ediblər.
Ucnoqta.az astroloji proqnoza əsasən xəbər verir ki, bu gün mühüm dərk etmələr və yeni qərarlar günü olacaq. Ətrafınızda baş verən hadisələrə və insanlara diqqət yetirin.
Qoç
Dostluq münasibətlərinizə fərqli gözlə baxacaqsınız. Həqiqətən yanınızda olan insanları daha yaxşı tanıyacaq, sizə enerji verməyən əlaqələrdən uzaqlaşmaq istəyəcəksiniz. Yeni tanışlıqlar üçün də əlverişli gündür.
Buğa
Uzun müddətdir göstərdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz. Karyera və peşəkar fəaliyyətlə bağlı sevindirici xəbərlər ala bilərsiniz. Səbir və əzmkarlığınız mükafatını verəcək.
Əkizlər
Qarşıya qoyduğunuz məqsədlərə doğru inamla irəliləyəcəksiniz. Yeni layihə, təhsil və ya səyahətlə bağlı qərar vermək üçün əlverişli zamandır. Dəyişikliklərdən çəkinməyin.
Xərçəng
Maliyyə və şəxsi sərhədlərinizlə bağlı mühüm qərarlar verməli olacaqsınız. Uzun müddətdir təxirə saldığınız söhbəti etmək vaxtıdır. Sakit və qətiyyətli davranın.
Şir
Diqqət mərkəzində olacaqsınız. Xarizmanız və özünəinamınız artacaq. Münasibətlərinizə yenidən baxacaq, gələcəyi olmayan əlaqələrlə bağlı qərar verəcəksiniz.
Qız
Özünüzə istirahət verməyin vaxtıdır. Son günlər üzərinizə götürdüyünüz yükü azaltmağa çalışın. Kiçik fasilə sizə yeni enerji qazandıracaq.
Tərəzi
Yaradıcılıq və romantika ön planda olacaq. Yeni ideyalar, maraqlı görüşlər və sevdiyiniz məşğuliyyətlər sizə ilham verəcək. Həyatdan daha çox zövq almağa çalışın.
Əqrəb
Ev və ailə ilə bağlı dəyişikliklər gündəmdə ola bilər. Uzun müddətdir düşündüyünüz məsələlər aydınlaşacaq və düzgün qərar vermək daha asan olacaq.
Oxatan
Yeni imkanlar qarşınıza çıxacaq. Risk etməkdən qorxmayın, çünki cəsarətiniz uğur qazanmağınıza kömək edəcək. Köhnəni geridə qoyub yeni mərhələyə keçə bilərsiniz.
Oğlaq
Maliyyə məsələlərinə xüsusi diqqət yetirin. Büdcənizi yenidən nəzərdən keçirmək, lazımsız xərcləri azaltmaq və uzunmüddətli planlar qurmaq üçün münasib gündür.
Dolça
Diqqət mərkəzində olacaqsınız. Son dövrlərdə əldə etdiyiniz uğurlar ətrafınızdakı insanlar tərəfindən qiymətləndiriləcək. Özünüzə inamınız daha da artacaq.
Balıqlar
Daxilinizdə saxladığınız hissləri bölüşmək ehtiyacı duyacaqsınız. Səmimi söhbətlər sizə rahatlıq gətirəcək və yaxınlarınızla münasibətlərinizi daha da möhkəmləndirəcək. Gün emosional baxımdan yüngülləşməyinizə kömək edəcək.
