ABŞ Prezidenti Donald Tramp Rusiya və İrana qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini dəstəklədiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında qanun layihəsinə İrana qarşı yalnız sanksiyaların deyil, həm də tariflərin daxil edilməsini istədiyini deyib.
“İrana dair müddəalara yalnız sanksiyalar deyil, tariflər də əlavə olunmalıdır. Düşünürəm ki, bu vacibdir. Eyni yanaşma Rusiyaya da tətbiq edilməlidir”, – deyə ABŞ prezidenti vurğulayıb.
Tramp eyni zamanda bildirib ki, qanun layihəsinin təcili qəbul edilməsi üçün Nümayəndələr Palatasının avqust tətilinin dayandırılmasına ehtiyac görmür.
“Düzünü desəm, buna təcili ehtiyac yoxdur”, – deyə o, Konqresin avqust ayında layihəyə baxılması ilə bağlı sualı cavablandırarkən qeyd edib.
