40
Yəmən Ənsar Allah hərəkatından olan Husi üsyançıları Səudiyyə Ərəbistanına məxsus bir kəşfiyyat pilotsuz təyyarəsini vurduqlarını iddia ediblər.
Ucnoqta.az xəbər verir ki, bunu üsyançıların hərbi sözçüsü Yəhya Saria sosial şəbəkə hesabında bildirib.
Onun sözlərinə görə, Husilər Səudiyyəyə məxsus Karayel kəşfiyyat pilotsuz təyyarəsini Səada əyaləti üzərində düşmənçilik əməliyyatları apararkən vurmağı bacarıblar.
