45
İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Livanın cənubundakı Nəbatiyyə əyalətində “Hizbullah”ın dayaq məntəqələri kimi təqdim olunan ərazilərə intensiv hava zərbələri endirib.
Ucnoqta.az xəbər verir ki, məlumata görə, İsrail təyyarələri Nəbatiyyə əl-Fauka şəhəri və ətrafına ən azı beş hava zərbəsi həyata keçirib. Yerli sakinlərə hücumlarla bağlı əvvəlcədən xəbərdarlıq edildiyi bildirilib.
Həmçinin Vadi əs-Süluki vadisində bir neçə əraziyə zərbələr endirildiyi barədə məlumat yayılıb.
Beyt-Yahun, Əl-Bəyad və Əl-Mənsuri yaşayış məntəqələrində isə İsrailin mühəndis bölmələrinin “Hizbullah” tərəfdarlarının yaşadığı bildirilən evləri minalayaraq partlatdığı qeyd olunur. Zərbələrin nəticələri barədə əlavə məlumat verilməyib.
