57
Çərşənbə axşamı Yaponiyanın Kyuşu adasında baş verən 7,1 bal gücündə zəlzələ nəticəsində yeddi nəfər ağır yaralanıb.
Ucnoqta.az bildirir ki, bu barədə Yaponiyanın Baş Nazirlər Kabinetinin katibi Minoru Kihara məlumat verib.
Məlumata görə, 13 ölüm hadisəsi təsdiqlənib, yeddi nəfər ağır yaralanıb, 29 nəfər isə yüngül xəsarət alıb.
Bundan əlavə, 9000-dən çox insan təxliyə mərkəzlərinə yerləşdirilib.
Təxminən 36.900 ev elektriksiz, təxminən 84.000 ev və mənzil susuz, 9.500 müştəri isə qazsız qalıb. Kihara əlavə edib ki, zəlzələnin əsas zərbəsini çəkən Kumamoto prefekturasının bəzi ərazilərində xidmət kəsintiləri müşahidə olunur.
