33
Bakıda yetkinlik yaşına çatmayan şəxslə münasibətdə olan 18 yaşlı oğlan cinayət məsuliyyətinə cəlb edilib.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bir müddət əvvəl Binəqədi rayonu Xocasən qəsəbə sakini, 14 yaşı hələ tamam olmamış Z.Abdulovanın (ad və soyadlar şərtidir) hamilə olması müəyyənləşib.
Yetkinlik yaşına çatmayan qız hamiləliyin 6-cı ayında ölü döl doğub. Faktla bağlı polisə məlumat verilib. Nəticədə, 13 yaşlı qızla münasibətdə olan 18 yaşlı Camal Babayevə cinayət işi açılıb.
