30
Fransada polis əməkdaşı terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə TF1 məlumat yayıb.
Məlumata görə, 35 yaşlı polis əməkdaşı avqustun 23-də paytaxt regionunun İvlin departamentində yerləşən polis bölməsindən çıxarkən saxlanılıb.
İstintaqçılar onun dövlət maraqlarına qarşı, o cümlədən digər hüquq-mühafizə əməkdaşlarına yönəlmiş hücumlar hazırlamasından şübhələniblər. Onun ifrat sağçı hərəkatla əlaqələrinin olduğu da araşdırılıb.
Bundan başqa, polis əməkdaşının 3D çap texnologiyasından istifadə etməklə silah hazırladığı ehtimal edilib. Evində aparılan axtarış zamanı silaha aid hissələr aşkarlanıb.
