28
Yaponiyada 20-26 iyul tarixləri arasında təxminən 18.600 nəfər günvurma ilə xəstəxanalara müraciət edib, onlardan 45-i ölüb.
Ucnoqta.az xəbər verir ki, təcili yardım xidmətlərinə nəzarət edən İnzibati İşlər və Kommunikasiya Nazirliyinin məlumatına görə, onların sayı əvvəlki həftə ilə müqayisədə 7.700-dən çoxdur və 2026-cı ildə ən yüksək göstəricidir.
Gün vurma ilə xəstəxanalara müraciət edənlərin 710-dan çoxu üç həftədən çox müddətə xəstəxanaya yerləşdirilib. Təsirə məruz qalanların təxminən 58%-i 65 yaşdan yuxarı olub.
