Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda:
1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;
2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;
4. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
5. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;
6. Koroğlu Rəhimov küçəsi, Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
7. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində;
8. Binəqədi şosesi, metronun “Azadlıq prospekti” stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;
9. Babək prospekti, mərkəz istiqamətində;
10. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;
11. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
12. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
13. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.
