Türk Dünyası Parlamentlər Birliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd edib.
Ucnoqta.az xəbər verir ki, Birliyin sədri Nail Çələbi və üzvlər Respublika atəşinin 100 il əvvəl yaxan dövlətin qurucu lideri Məmməd Əmin Rəsulzadənin Ankara Cebeci'deki qəbirini ziyarət edibələr.
Nümayəndə heyəti Rəsulzadənin məzarı üstünə çiçək çələngi qoyaraq, onaAllahdan rəhmət diləyiblər.
Birlik sədri Nail Çələbi, 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin bugünkü Türkiyə Respublikası üçün örnək qaynağı olduğunu söylədi.
Nail Çələbi, Resulzadenin böyük bir lider olduğunu vurğulayaraq: "23 ayda Latın əlifbası gətirən demokratik və çoxpartiyalı respublikanın ən yaxşı nümunəsini verdi ..." deyib. Dövlətin milliyyəti Türk idi və dil Türk dili idi".
Bu xüsusiyyətləri ilə bugünkü müasir Türkiyənin əsin qaynağını meydana gətirdiyini söyləyən Nail Çələbi; Böyük liderə rəhmət dilədi.
Daha sonra Azərbaycanda xidmət etmiş sabiq səfir Hulusi Kılıç Rəsulzadənin 'Bir kərə yüksələn bayraq, bir daha enməz' sözlərini sitata gətirərək deyib ki, Azərbaycan bugün bu fikirləri tam doğruldur.
Qeyd edək ki, ziyarətdə Azərbaycanda çalışmış Türkiyəli səfir və digər iş adamları iştirak edib.