Luiziana ştatının Şalmett şəhərində yerləşən PBF Energy şirkətinin Şalmett Neft Emalı Zavodunda güclü partlayış və böyük yanğın baş verib.
Ucnoqta.az xəbər verir ki, "Fox 8" bu barədə məlumat yayıb.
Şirkət nümayəndələri partlayışın emal bölmələrindən birinin yaxınlığında baş verdiyini qeyd ediblər. Yanğın daha sonra söndürülüb. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda obyektdə baş verən hadisənin səbəbi araşdırılır.