RF Leninqrad vilayətinin Qatçina şəhərində yük qatarının altı vaqonu relsdən çıxıb.
Ucnoqta.az-ın məlumatına görə, bu barədə Şimal-Qərb Nəqliyyat Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.
İlkin məlumatlara görə, noyabrın 14-də Qatçina-Tovarnaya-Baltiyskaya stansiyasının dəmir yolu relslərində yük qatarının altı vaqonu relsdən çıxıb.
Hadisənin səbəbləri müəyyənləşdirilir.