Kanadada ilk quş qripinə yoluxma aşkarlanıb

08:42 - 13 Noyabr 2024 - DÜNYA

Kanadada ilk insan H5N1 quş qripinə yoluxma halı Britaniya Kolumbiyasında aşkar edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə axşamı CTV telekanalı regionun Səhiyyə Nazirliyinin rəhbəri Bonni Henriyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, söhbət xəstəxanada ağır vəziyyətdə olan yeniyetmədən gedir.

Bildirilir ki, yoluxmuş şəxs noyabrın 8-də qripə bənzər əlamətlər - öskürək və yüksək hərarətlə xəstəxanaya yerləşdirilib.

Əvvəllər H5N1 quş qripinə yoluxma halları ABŞ-da qeydə alınmışdı.

Xəbər xətti