Dünən Türkiyədə “Hareket sekiz” filminin premyerası olub.
İstanbulda reallaşan qala gecəsində azərbaycanlı aktrisa Pərvin Abıyeva da iştirak edib. Ekran işində rol alan Pərvin təqdimata dekoltəli geyimdə qatılıb. Abıyeva fotolarını instaqram səhifəsində paylaşıb. O, ekran işinin qalasında olduğunu, hətta makiyajını özünün etdiyini vurğulayıb.
Qeyd edək ki, sözügedən film Azərbaycan və Türkiyədə çəkilib, üç polisin macəralarından bəhs edir. Filmin Bakıdakı qalası 3 oktyabrda olacaq./qafqazinfo