Avtobusun şüşələrini qırıb, sürücünü döydülər - FOTO 

14:15 - 6 Sentyabr 2019 - HADİSƏ

Sərnişin avtobusunun sürücüsü 3 şəxs tərəfindən döyülüb. Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, insident Bursa vilayətində, Osmanqazi rayonunun Haşım İşçan küçəsində qeydə alınıb.

Məlumata görə, şəhər içi sərnişin daşıma ilə məşğul olan Bursa Böyük Şəhər Bələdiyyəsinə məxsus 16 JBK 70 qeydiyyat nömrə nişanlı avtobusun sürücüsü Gökhan Bağcı, yola çıxmaq istəyən avtomobilə siqnal verib. Bağcının onlara yol vermədiyini iddia edən avtomobildəki 3 nəfər, avtobusun qarşısını kəsiblər. Aşağı enən 3 nəfər avtobusun şüşələrini qırıb Gökhan Bağcını isə döyüblər. Ətrafdakı insanların müdaxiləsindən sonra 3 şübhəli maşına minərək qaçıblar. Vətəndaşların xəbər verməsi ilə hadisə yerinə səhiyyə və polis briqada əməkdaşları gəlib. Yaralanan Bağcı, ambulansla xəstəxanaya çatdırılıb.

Bağcı, müayinədən sonra həkimdən sağlamlıq kağızı alaraq, şübhəlilərdən şikayətlə polisə müraciət edib.

Gökhan Bağcı şikayətində, avtomobilin “drift” edərək yola çıxmaq istədiyini, "Yol vermək mübahisəsi səbəbindən 3 nəfər əvvəlcə avtobusun şüşələrini qırdı, sonra da məni döyüb qaçdılar” – sözlərini qeyd edib.

Polis şikayəti nəzərə  alaraq şübhəlilərin axtarışlarına başlayıb.

 

Namiq Musayev

 

Yol vermediğini öne sürdükleri otobüsün camını kırıp şoförü darbettilerYol vermediğini öne sürdükleri otobüsün camını kırıp şoförü darbettilerYol vermediğini öne sürdükleri otobüsün camını kırıp şoförü darbettilerYol vermediğini öne sürdükleri otobüsün camını kırıp şoförü darbettiler

Xəbər xətti