Əməkdar artist Mehriban Xanlarovanın bu paylaşımı təqibçilərinin fikirlərini qarışdıracaq kimi görünür.
Ucnoqta.az Milli.Az-a istinadən xəbər verir ki, aktrisa Səidə adlı qızla çəkdirdiyi fotosunu paylaşaraq onu ikinci dəfə ali məktəbə qəbul olmaq münasibəti ilə təbrik edib.
Səidə Xanlarova
Bu paylaşıma Mehriban Xanlarova "Can parçam, gözəl qəlbli qızım, səni ikinci dəfə ali məktəbə qəbul olmağın münasibətilə ürəkdən təbrik edirəm. Allahdan sənə və sənin timsalında bütün tələblərə uğurlar arzulayıram" yazıb. Səidə əməkdar artistin təbrikinə "Allah səni başımın üstündən əskik etməsin, ana. Həyatda ən dəyərli varlığımsan" ifadələri ilə reaksiya verib.
Qeyd edək ki, aktrisanın ailə həyatı uzun çəkməyib. Bu nikahdan övladının olması barədə mediada məlumat olmayıb. O, ayrılığa səbəb kimi ardıcıl olaraq 1993-cü ildə bacısını, 2002-ci ildə qardaşını və 2006-cı ildə atasını itirməsini göstərib.
M.Xanlarova və Aysel
Qeyd edək ki, aktrisa 3 il öncə qızı kimi təqdim etdiyi Ayselin bioloji yox, bacısının qızı olduğunu açıqlamışdı. Aysel 2009-cu ildə Tariyel adlı şəxslə ailə quraraq Cəlilabada gəlin köçüb.