Meksikada qeyri-adi hadisə - Şəhər buz altında qaldı- FOTO

19:00 - 1 İyul 2019 - Xəbər

Meksikanın ən sıx məskunlaşmış Qvadalaxara şəhərində qeyri-adi təbiət hadisəsi baş verib.

“Qafqazinfo”nun “The Guardian”a istinadən məlumatına görə, şəhərdən qəfildən iri buz parçalarının altında qalıb. Bəzi yerlərdə buz təbəqələrinin qalınlığı 2 metrədək çatıb. Şəhərin ən azı 6 rayonunda baş vermiş analoji hadisə nəticəsində yollar bağlanıb, 200-dək evə ziyan dəyib.

Ştat qubernatoru Enrike Alfaro baş verənləri “inanılmaz” adlandırıb. Onun sözlərinə görə, bu hadisədən sonra meksikalılar iqlim dəyişikliyi haqda ciddi düşünməlidirlər.
“Mən Qvadalaxarada belə bir hadisə daha əvvəl görmədim. İndiyədək rast gəlinməmiş təbiət hadisəsidir. İnanılmazdır!”.

Artıq şəhərin təmizlənməsi üçün hərbçilər də səfərbər olunub.
Xəsarət alanlar barədə dəqiq məlumat olmasa da, 2 nəfərdə donmanın əlamətləri müşahidə olunub.


Xəbər xətti