“Biman Bangladesh Airlines”ə məxsus sərnişin təyyarəsi Myanmada Yanqon beynəlxalq hava limanında düşüb.
“Qafqazinfo” “Sinxua” agentliyinə istinadən xəbər verir ki, bu barədə aeroport polisi məlumat yayıb. Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.
Hadisənin detalları öyrənilir.
***
Məlumata görə, təyyarə enmə zolağından çıxıb və 3 hissəyə parçalanıb. Göyərtədə 33 sərnişin olub. Qəzaya səbəb pis hava şəraiti olub.
***
Qəzada 4 nəfərin xəsarət aldığı bildirilir.