2016-cı ildə Rusiya prezidenti Vladimir Putinin təlimatı ilə yaradılan və terrorçuluğa qarşı mübarizə aparan Rusiya Milli Qvardiyasında (Rosgvardiya) xidmət edən qadınlar arasında gözəllik müsabiqəsi keçirilib.
Qadın polislərin uniforma ilə çəkilmiş fotoları internet istifadəçilərinə təqdim olunub. 3 milyon insanın iştirak etdiyi sorğuda 57 mindən artıq səs yığan Yekaterinburq bölgəsindən Anna Xramtsova Rusiyanın ən gözəl polisi seçilib.
İvanova bölgəsindən Yuliya Qladişeva ikinci, Severskdən Nataliya Şkolnaya üçüncü olub. Müsabiqədə ümumilikdə 12 qadın polis iştirak edib. 12 qadın 2020-ci ildə hazırlanacaq təqvimdə yer alacaq./qaynarinfo