Türkiyənin Ankara vilayətində maşın bazarında silahlı atışma baş verib.
Ucnoqta.az İHA-ya istinadən xəbər verir ki, hadisə Keçiörən rayonunda qeydə alınınb.
Əldə edilən məlumata görə, rayonun Ovacıq məhəlləsində yerləşən avtomobil bazarına gələn 4 nəfər əli tüfəngli bazarın bir hissəsinə şərik çıxmaq istəyiblər. Satıcıların sərt reaksiyası ilə qarşılaşan quldurlar əllərindəki silahla atəş açmağa başlayıblar.
Nəticədə 4 nəfər güllə yarası alıb. Hadisə yerinə xeyli sayda polis və səhiyyə briqadaları gəlib.
Polis insidentlə bağlı bir neçə nəfəri həbs edib.
Araşdırmalar davam edir.
Namiq