İsveçrənin “Rega” aviasiya-xilasetmə təşkilatının mühəndisləri itmiş insanları tapan helikopter dron hazırlayıblar.
Ucnoqta.az xəbər verir ki, bu barədə “NewAtlas” yazır. Dron geniş ərazini müşahidə edərək itmiş insanları meşə və dağda aşkar edir. Helikopter sadə, infraqırmızı kamera, həmçinin termal görüntüləyici və telefon izləyici alətlə təchiz olunub.
Cihaz uzaqdan idarə edilmədən, tam avtonom rejimdə uça bilir.
Qeyd edək ki, süni intellekt sayəsində real vəziyyəti analiz edib bütün maraqlı məlumatları xilasedicilərə göndərir. Aparat 2 metrlik 3 pərvanədən ibarətdir və 80-100 metr hündürlüyə qədər çıxa bilir.
O sputnik naviqasiya metodundan istifadə edir. Bu sistem sayəsində dron, elektrik xətlərinə və digər uçuş aparatlarına toxunmur.
Təşkilat artıq il yarımdır ki, pilotsuz uçuş aparatını sınaqdan keçirir. 2020-ci ildə isə ona ilk xilasetmə missiyasını həvalə edəcəklər.
Namiq