Türkiyədə sağ təkəri partlayan avtomobil, sürücünün idarəetməsindən çıxaraq qayaya çırpılıb.
Ucnoqta.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Şanlıurfa vilayətinin Hilvan rayonunda qeydə baş verib. Qəza nəticəsində 5 nəfər xəsarət alıb. Digər sürücülərin xəbər verməsi ilə hadisə yerinə xilasetmə, tibb və polis əməkdaşları gəlib.
Yaralılara ilkin tibbi yadım göstərildikdən sonra müalicə üçün Hilvan Dövlət xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətinin sabit olduğu bildirilib.
Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
Namiq