Türkiyədə “offroad” yürüşü keçirən sürücülərdən biri, “Niva” markalı avtomobili ilə selfi çəkdirən zaman gölə düşüb.
Ucnoqta.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Ispartanın Atabəy rayonunda baş verib. Hər bazar günü bir yerə toplaşaraq ərazidə “offroad” yürüşü keçirən, təxminən 35 nəfərlik qrup, piknik keçirdikdən sonra getmək üçün hazırlaşmağa başlayıblar.
Lakin, qrupdakı “offroad” həvəskarlardan Məhmət Əskici Atabəy gölündə selfi çəkdirmək üçün “Niva”sının iki qabaq təkərini suya salıb. Macəra həvəskarı Əskicinin sükan arxasında olduğu vaxt, maşın bir anda suyun içinə doğru hərəkət etməyə başlayıb.
Onun bütün səylərnə baxmayaraq, o, avtomobili ilə birgə suda batıb.
Hadisəni görən ətrafdakı insanlar dərhal Əskicinin köməyinə gəliblər.
O, maşının içindən öz imkanları ilə göldən çıxaraq xilas olub. Suya batan “Niva”nı isə digər nəqliyyat vasitələrinin köməkliyi ilə oradan çıxarıblar.
Hadisə nəticəsində ölən olmayıb. Amma avtomobilin ön şüşəsi qırılıb.
Baş verənləri mobil telefonun kamerasına danışan Əskici, “Avtomobilin təkərini suya salmaq üçün yavaş-yavaş hərəkət etdim, əyləcə sıxanda gördüm ki, artıq suyun içindəyəm” - deyib. Əskicinin söylədiklərindən sonra macəra həvəskarları ona alqışlarla dəstək veriblər.
Namiq