Azərbaycanlı model milyarderə ərə getmək istəyir - Fotolar

21:00 - 4 Fevral 2019 - MAQAZİN

Dubayda yaşayan azərbaycanlı model Samirə Ağayeva etirafı ilə diqqət çəkib. 

Ucnoqta.az BAKU.WS-ə istinadən xəbər verir ki, cazibədar model varlı bir kişinin həyat yoldaşı olmaq arzusundadır. S. Ağayeva "Louis Vuitton Moët Hennessy" kompaniyasının prezidenti Bernar Arno kimi bir biznesmenin axtarışındadır. Model bu haqda "Instagram" hesabında yazıb.

Təəssüflər olsun ki, model milyarderin həyat yoldaşı ola bilməyəcək. Belə ki, B. Arno artıq uzun illərdir Elen Mersye ilə evlidir.  "Bloomberg"in məlumatına görə, Bernar Arnonun ümumi var-dövləti 76,9 milyard dollar təşkil edir. Dünyanın ən zəngin insanlarının siyahısında o, dördüncü yeri tutur.

Samirə Ağayeva dəb nümayişlərində iştirak edir. O həm Azərbaycanda, həm də xarici ölkələrdə reklam çarxlarına çəkilir. Model, əsasən, Dubayda yaşayır və işləyir. S. Ağayeva "Best Fashion Model 2017", "Miss Europe 2018" və "Miss Elegant-Miss Europe 2018" titullarının sahibidir. 


Xəbər xətti