Paşinyanla mübahisə edən qadın işdən çıxarıldı

15:35 - 13 İyul 2026 - DÜNYA

Parlament seçkiləri kampaniyası zamanı Ermənistanın Baş naziri Nikol Paşinyanla mübahisə edən qadın iş yerinin ixtisarı ilə işdən çıxarılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə qadının qızı, vəkil Tatevik Soqoyan məlumat verib.

O bildirib ki, İrəvan bələdiyyəsi işçilərin ixtisarını vəsait çatışmazlığı ilə əsaslandırır.
"Əlbəttə ki, bütün bunların rəsmi izahı - pulumuzun olmaması - bələdiyyənin bayramlara xərclədiyi milyardlarla dramla müqayisədə daha da absurd olur", - Soqoyan qeyd edib.

Xəbər xətti