Azad edilmiş ərazilərdə daha 114 mina aşkarlandı

14:25 - 13 İyul 2026 - ÖLKƏ İÇİ

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən ötən həftə (06.07.2026-12.07.2026) icra olunan əməliyyatlar barədə məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Ucnoqta.az-a verilən məlumata görə, işğaldan azad edilmiş bölgələrdə ötən həftə 54 piyada əleyhinə mina, 60 tank əleyhinə mina, 237 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, ötən həftə 1421,8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Xəbər xətti