Gürcüstan hakimiyyəti, Gürcüstan nümayəndə heyətini iclas zalını tərk etməyə məcbur edən tənqidi qətnaməsinə baxmayaraq, ATƏT Parlament Assambleyası (PA) ilə əməkdaşlığı davam etdirəcək.
Ucnoqta.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze bunu bildirib.
"Əməkdaşlıq davam edəcək, lakin bu əməkdaşlığın keyfiyyəti ATƏT PA-nın özünün fəaliyyətini necə davam etdirməsindən - Co Vilson səviyyəsində qalıb-qalmamasından və ya bu səviyyədən yuxarı qalxmasından asılı olacaq", - Kobaxidze brifinqdə bildirib.
Onun sözlərinə görə, bu, Gürcüstan nümayəndə heyəti ilə ATƏT PA arasında gələcək əməkdaşlıq üçün fundamental məsələ olacaq.