İran ABŞ ilə imzalanmış memorandumu heç vaxt pozmadığını iddia edib

11:43 - 13 İyul 2026 - DÜNYA

İran İslam Respublikası ABŞ ilə imzalanmış memorandumu heç vaxt pozmayıb və Vaşinqton onun yerinə yetirilməməsinə görə tam məsuliyyət daşıyır.

Ucnoqta.az bildirir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bəqayi brifinqdə bildirib.

"İran heç vaxt öhdəliklərin pozulmasına təşəbbüs göstərməyib. Qürurla bildiririk ki, İran İslam Respublikası bütün danışıqlarda dəqiqlik və ciddilik nümayiş etdirib", - Bəqayi deyib.

"Razılaşmaları ardıcıl olaraq pozan tərəf Amerika tərəfidir".

Bəqayi həmçinin qeyd edib ki, ABŞ əldə edilmiş bütün razılaşmalara tam əməl etməyə qayıdana qədər İran da memorandum üzrə öhdəliklərini yerinə yetirməyi dayandıracaq.

Xəbər xətti