Keniyalı qaçışçı Emmanuel Vanyonyi Monakoda keçirilən Diamond League yarışında 1000 metr məsafəyə qaçışda dünya rekordu qoyub.
Ucnoqta.az xəbər verir ki, o, məsafəni 2 dəqiqə 11.83 saniyəyə qət etdi. Əvvəlki rekord 1999-cu ilin sentyabrında bu göstəriciyə imza atan Keniyalı Noah Ngeniyə (2:11.96) məxsus idi.
21 yaşlı Vanyonyi 800 metr məsafəyə qaçışda Olimpiya çempionu və dünya çempionudur.