Ucnoqta.az
www.ucnoqta.az

Olimpiya çempionu dünya rekordunu qırdı

09:02 - 11 İyul 2026 tarixində dərc olunub.

Keniyalı qaçışçı Emmanuel Vanyonyi Monakoda keçirilən Diamond League yarışında 1000 metr məsafəyə qaçışda dünya rekordu qoyub.

Ucnoqta.az xəbər verir ki, o, məsafəni 2 dəqiqə 11.83 saniyəyə qət etdi. Əvvəlki rekord 1999-cu ilin sentyabrında bu göstəriciyə imza atan Keniyalı Noah Ngeniyə (2:11.96) məxsus idi. 

21 yaşlı Vanyonyi 800 metr məsafəyə qaçışda Olimpiya çempionu və dünya çempionudur.

Müəllif: Ucnoqta.az redaksiyası