ABŞ Çindən robot idxalına qoyulan məhdudiyyətləri sərtləşdirəcək

06:56 - 24 İyun 2026 - DÜNYA

ABŞ Ticarət Nazirliyi milli təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən Çindən robot idxalına yeni məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.

Ucnoqta.az xəbər verir ki, "Politico"nun öz mənbələrinə istinadən verdiyi məlumata görə, ABŞ administrasiyası robot silah sənayesində silahlanma yarışı proqnozlaşdırır.

Qəzetin məlumatına görə, Ticarət Nazirliyi hazırda Çin hökumətindən subsidiya alan Çin robot istehsalçılarının məhsullarını qiymətləndirir.

ABŞ administrasiyası Çin hökumətinin bu sənayeyə dəstəyini milli təhlükəsizlik təhdidi kimi görür, çünki "subsidiyalı Çin robotları Amerika istehsalçılarının rəqabət aparmaq üçün lazım olan istehsal miqyasına çatmadan əvvəl qlobal bazarları fəth edə bilər.

Xəbər xətti