Binəqədi və Yasamalın bir hissəsində qaz KƏSİLƏCƏK

09:50 - 28 Fevral 2025 - Xəbər

Bakının Binəqədi və Yasamal rayonlarının bəzi küçələrində qaz təchizatı dayandırılacaq.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, ​Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində isə yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi məqsədilə bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonunun R.İsmayılzadə, N.Həşimi, X. Natavan küçələrinin, həmçinin Yasamal rayonunun Şəfayət Mehdiyev küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər xətti