Meksika narkotik ticarəti və cinayət təşkilatlarında iştirakda ittiham olunan 29 nəfəri ABŞ-a ekstradisiya edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İctimai Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi Nazirliyinin məlumatında deyilir.
Məlumata görə, səhər saatlarında ölkənin müxtəlif cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum edilən 29 nəfər ABŞ-a aparılıb.
Onlar narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar təşkilatların fəaliyyətində iştirakda, habelə digər cinayətlərdə iştirak etdiklərinə görə axtarışda olublar.
El Universal-ın mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ-a təhvil verilən vətəndaşlar arasında meksikalı narkobaron Rafael Karo Kintero, həmçinin Los Zetas kartelinin yaradıcıları Migel Anxel Trevino-Morales və Z-40 və Z-42 kimi tanınan Oskar Omar Trevino-Morales də var.