Rusiya nümayəndə heyəti İstanbulda ABŞ-la danışıqların keçiriləcəyi yerə gəlib
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, Rusiya nümayəndə heyəti ABŞ-ın İstanbuldakı baş konsulunun iqamətgahına gəlib, burada səfirliklərin işi ilə bağlı iki ölkə arasında görüş keçiriləcək.
Danışıqlar mətbuata qapalı formatda keçiriləcək.
Nümayəndə heyətlərinin tərkibi açıqlanmayıb.
Plana əsasən, nümayəndə heyətlərinin danışıqları yerli vaxtla saat 10:00-da başlayıb.