Xaçmaz rayonunun Qarabağlı kəndinin ərazisində 13 akasiya, 66 söyüd və 4 ədəd çinar ağaclarının qanunsuz kəsilməsi ilə bağlı polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Ucnoqta.az-a bildirilib ki, keçirilən tədbirlərlə həmin ağacları kəsən 2 nəfər rayon sakini saxlanılıb.
Ekspertiza təyin olunub və təbiətə 21 300 manat dəyərində zərər vurulması müəyyən olunub.
Hazırda faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, zəruri araşdırmalar aparılır.