Əlcəzair Milli Şurası (parlamentin yuxarı palatası) çərşənbə günü Fransa Senatı ilə əlaqələrin dərhal dayandırıldığını elan edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Algerie360 informasiya portalı məlumat yayıb.
Məlumata görə, bu qərar Fransa Senatının sədri Jerar Larşenin bu həftə Mərakeş hakimiyyətinin nəzarətində olan Saxaranın Laayuna şəhərinə səfərinə cavab olaraq qəbul edilib.
Əlcəzair onilliklərdir ki, Səhravi xalqının öz müqəddəratını təyinetmə və müstəqillik hüququnu dəstəkləyir və Mərakeşin Qərbi Sahara üzərindəki nəzarətini işğal hesab edərək rədd edir.