Futbol tarixinin ən bahalı transferi - "Real Madrid" Vinisiusu satır

00:03 - 27 Fevral 2025 - İDMAN

İspaniyanın "Real Madrid" futbol klubunun rəhbərliyi futbolçunun transferə razılıq verəcəyi təqdirdə braziliyalı hücumçu Vinisiusu Səudiyyə Ərəbistanından olan kluba satmağa hazır olacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Teleqraf qəzeti məlumat yayıb.

Mənbənin sözlərinə görə, Vinisiusa Səudiyyə Ərəbistanının suveren sərvət fondu İctimai İnvestisiya Fonduna (PİF) aid olan komandalardan birinə keçmək təklif olunacaq.
Qeyd olunur ki, tərəflər razılığa gələndən sonra futbolçunun komandası seçiləcək.

Nəşrin məlumatına görə, potensial transfer 2025-ci ilin yayında baş tuta bilər və onun məbləği 200 milyon funt sterlinq (240 milyon avrodan çox) olacaq.
Bu transfer futbol tarixində rekord olacaq, hazırda bu göstəricidə lider braziliyalı forvard Neymarın 2017-ci ilin yayında İspaniyanın "Barselona"sından Fransanın Paris Saint-Germain klubuna transferidir.

Transfermarkt portalının məlumatına görə, bu müqavilə Paris klubuna 222 milyon avroya başa gəlib.

Xəbər xətti