Amerikalı müğənni Madonna "CR Fashion Book" jurnalı üçün qəbiristanlıqda fotosessiyaya edib.
Ucnoqta.az xəbər verir ki, müvafiq kadrlar nəşrin İnstaqram səhifəsində yayılıb.
Belə ki, yayımlanan fotoların birində 66 yaşlı pop ifaçısı xəz papağı ilə qara korsetdə görünüb. Sənətçi görünüşünü çoxlu sırğalar, bilərziklər və mesh əlcəklər şəklində aksesuarlarla tamamlayıb.
Digər fotoda məşhur korset, bej rəngli uzun trençkot, cırıq corab və hündürdaban ayaqqabıda görünüb.
Şəkildə Madonna əlində gül buketi olub və onu mühafizəçi müşayiət edib.